Lənkəranda növbəti ana ölümü - BAŞ HƏKİMDƏN açıqlama - ÖZƏL

Lənkəranda növbəti ana ölümü - BAŞ HƏKİMDƏN açıqlama - ÖZƏL

Hazırda oxunan: Lənkəranda növbəti ana ölümü - BAŞ HƏKİMDƏN açıqlama - ÖZƏL

22435

Xəbər verildiyi kimi Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.

Söhbət Lerik rayon Hücü kənd sakini, 1993-cü il təvəllüdlü Fəridə Yaqubzadədən gedir. Ötən gün xəstə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Axşam saatlarında qeysəriyyə əməliyyatı olunub və qız övladı dünyaya gətirib.

Bir müddət sonra xəstənin vəziyyətində ağırlaşma, nəfəs darlığı yaranıb və ana yenidən əməliyyat edilib. Bu gün səhər saatlarında isə qadın dünyasını dəyişib.

Xəstə yaxınlarının iddiasına görə Fəridə Yaqubzadə həkim səhlənkarlığı ucbatından vəfat edib. 

Bizim.Media-ya danışan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əbülfət Məmmədov sözügedən iddialara və baş verən ölüm hadisəsinə münasibət bildirib. O, deyib ki, xəstə yaxınlarının həkimləri günahkar bilməsi normaldır:

“Təbii ki, onlar yaxınlarını itiriblər və həkim səhlənkarlığı iddiasını irəli sürmələri normaldır. Xəstəni itirmişik və hansı tibbi müdaxilələr təşkil olunmayıbsa, ekspertiza rəyindən keçirilsin. Ekspertiza rəyindən sonra bizim səhlənkarlığımız ucbatından olub-olmamağımız aşkarlanacaq. Biz xəstəyə lazım olan bütün tibbi yardımları etmişik”.

Qeysəriyyə əməliyyatının fəsadsız və uğurla keçdiyini vurğulayan baş həkim bildirib ki, xəstə monitora birləşdiriləndə spinal anestiziya əməliyyat olunub:
 

“Spinal anestiziyada belə bir problrm ola bilmir. Xəstənin saturasiyası düşür. Müvafiq tədbirlər görülüb. Saturasiya 60-dan 85-ə qədər qaldırılıb. Təkrar saturasiya ilə bağlı Bakı ilə məsləhətləşmişik. Yaxın yerdən mütəxəssis gəlib. Onlar da kömək ediblər, amma xəstənin saturasiyasını bərpa etmək mümkün olmayıb”.


Baş həkim onu da əlavə edib ki, Fəridə Yaqubzadənin yanaşı xəstəliyinin olub-olmaması ilə bağlı məlumatsızdırlar:

“Biz yalnız xəstəni əməliyyat vaxtı görmüşük. Qeydiyyata qaldığı yerdə bilmək olar ki, onun əlavə bir xəstəliyi olub, ya olmayıb”.

Qeyd edək ki, Fəridə Yaqubzadənin yeni doğulan körpədən başqa 5  və 4 yaşlarında iki övladı var. O, ikinci övladını da qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO