Bərdədə 1 həftədə iki böyük obyekt yandı - Təxribatdır, yoxsa təsadüf?

Bərdədə 1 həftədə iki böyük obyekt yandı - Təxribatdır, yoxsa təsadüf?

Hazırda oxunan: Bərdədə 1 həftədə iki böyük obyekt yandı - Təxribatdır, yoxsa təsadüf?

22429

“Bərdə Ticarət Mərkəzində baş verən yanğın 2112 kvadrat metr ərazini, 88 mağazanı əhatə etməklə sahibkarlara xeyli ziyan vurub. Bərdə və qonşu rayonların Yanğın Təhlükəsizliyi əməkdaşlarının hadisəyə müdaxiləsi nəticəsində 200 dən artıq ticarət köşkünün üçdə ikisini xilas etmək mümkün olub. 

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Zahid Oruc feysbuk hesabında məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bərdə bazarındakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO


Bildirib ki, şlək mağazalardan birinin içərisində yerləşən müşahidə kamerasının "pristavka"sında yaranan alovun artaraq bitişik köşklərə keçməsi ,əsasən geyim və yanğın potensiallı mallarının sürətlə ötürülməsi qısa vaxtda belə geniş sahəyə yayılmasına səbəb olub:

“Dəyən ziyanın miqdarı barəsində sahibkarların məlumatları əsasında ictimaiyyətə məlumat veriləcək.

5 il əvvəl daha kiçik ölçüdə baş verən yanğın hadisəsindən sonra mağazaların mühüm bir qismi yanğından sığorta tədbirlərini həyata keçirib və onların kompensasiya ilə təmin olunması çətin olmayacaq.

Lakin pandemiyanın ağır şərtləri altında ticarətlə məşğul olan bərdəli sahibkarların hər birinə dəymiş ziyanın müəyyənləşdirilməsi və onun ödənməsi yolları ilə bağlı müvafiq rəsmi qurumlarla görüşlərimizi davam etdirəcəyik”.
 

Deputat onu da qeyd edib ki, mayın 23-də digər bir ərazidə-çay evində yanğının 10-a qədər mağazaya ziyan vurması ilə indiki hadisənin arasında təxribat, qəsd və digər versiyalı bağlılıq yoxdur.


“Bir həftədə iki yanğın nə qədər arzuolunmaz olsa, sırf təsadüfi hadisədir.  Ona görə də KİV-lərdə müxtəlif ssenarilər barəsində şərhlər gerçəkliyi əks etdirmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO