"19000 insan hansı səbəbdən öldü?" – Operativ Qərargahdan hesabat istənildi

Hazırda oxunan: "19000 insan hansı səbəbdən öldü?" – Operativ Qərargahdan hesabat istənildi

22418

Respublikaçı Alternativ Partiyasının  (REAL) sədri İlqar Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahdan bəzi qaranlıq məqamlara aydınlıq gətirməsini istəyib.

Bizim.Media xəbər verir ki, partiya sədri feysbuk hesabında Operativ Qərargaha bir neçə sual ünvanlayıb. Onun ilk sualı ölüm sayı ilə bağlı olub: 
 

MÖVZU İLƏ BAĞLI:

“Rəqəmlər KOLLEKTİV İMMUNİTET-in yarandığını deyir - QADAĞALAR GÖTÜRÜLƏCƏKMİ?


“Birinci sual. Pandemiyanın ilk 12 ayı ərzində (mart 2020 – fevral 2021) əvvəlki 5 ilin müvafiq dövrləri ilə müqayisədə Azərbaycanda 19000 daha çox ölüm rəsmən qeydə alınıb. Bu, ölüm sayında 34 faizlik artım deməkdir. Həmin o əlavə 19000 insan hansı səbəbdən öldü?

Nəzərə alın ki, ötən il müharibədə verdiyimiz şəhidlər bu hesaba daxil deyil.

İkinci sual. Koronavirusdan ölənlərin, eləcə də peyvənd olunanların cins və yaş tərkibi – həm bütövlükdə ölkə üzrə, həm də ayrılıqda 80 inzibati rayon üzrə – niyə gizlədilir, yəni hökumət saytlarındakı rəsmi bülletenlərə niyə daxil edilmir? Şərhdəki cədvəli doldurmağa imkan verən məlumatları xalqa açıqlayın, pandemiyanın hər ayı üzrə.

Bu sualların dəqiq cavabı Operativ Qərargahın indiyədək apardığı siyasəti və bizə dediklərini darmadağın edər deyə, normal və ətraflı cavab veriləcəyinə inanmıram”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO