Bərdə bazarındakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Bərdə bazarındakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Bərdə bazarındakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

22395

Bərdədə bazarda baş verən yanğın söndürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib

***

Bərdədə güclü yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, hadisə Güloğlular kəndində, "Təzə Bazar" ərazisində qeydə alınıb.

Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib. Yanğının söndürülməsinə habelə Ağdam, Tərtər rayonlarından da yanğınsöndürmə briqadaları cəlb edilib

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. (report)

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO