Polad Həşimovun anası oğlunun adına olan yerə buraxılmadı - VİDEO

Polad Həşimovun anası oğlunun adına olan yerə buraxılmadı - VİDEO

Hazırda oxunan: Polad Həşimovun anası oğlunun adına olan yerə buraxılmadı - VİDEO

223770

Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova Qaradağ rayonu Qızıldaş qəsəbə nümayəndəliyinin fəaliyyətindən narazı olduğunu bildirib.

 

Sfera.az yenisabah.az-a istinadən xəbər verir ki, o, bu barədə P.Həşimovun xatirəsinə təşkil olunmuş anım mərasimində danışıb.

 

Şəhid anası bildirib ki, hər il oğlunun anım mərasimini Polad Həşimovun adını daşıyan idman klubunda keçirib. Lakin bu il həmin klubunun qapıları şəhid anasının üzünə bağlı olub:

 

“Qızıldaş qəsəbəsində Polad Həşimov adına idman klubundakı tədbirlərdə 3 il iştirak etmişəm. Amma əfsuslar olsun ki, bu il Qızıldaş qəsəbəsindəki idman klubunda yox, “Laçın” adında restoranda iştirak edirik. Ona görə ki, klubun qapısı bizim üçün bağlı oldu. Amma məlum deyil ki, nədən bağlı oldu”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO