Atasını döyərək öldürən oğul cinayət məsuliyyətindən azad edildi

Atasını döyərək öldürən oğul cinayət məsuliyyətindən azad edildi

Hazırda oxunan: Atasını döyərək öldürən oğul cinayət məsuliyyətindən azad edildi

223499

Şəki Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Kamal Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Əhmədovun cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib. Kamal Əhmədova ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunub. Qərarın icrası Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, bu aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO