Zavod qüsuruna görə geri çağırılan avtomobillərlə bağlı sosial şəbəkələrdə və mediada tez-tez məlumatlar paylaşılır.
Ölkəmizdə də avtomobil parkının günü-gündən yeniləndiyini nəzərə alsaq, yeni avtomobilə sahib olanlar az deyil.
Bizim.Media xəbər verir ki, mövzuya avtomobil eksperti Eldəniz Cəfərov münasibət bildirib.
Onun sözlərinə görə, bu proses beynəlxalq qaydalara əsasən icra olunur:
“Geri çağırılan avtomobildəki qüsur istehsalçı şirkət hesabına aradan qaldırılaraq sahibinə təhvil verilir”.
Ekspert qeyd edib ki, ölkəmizdə də əksər istehsalçı şirkətlərin rəsmi diler və ya distribütoru olduğundan sözügedən avtomobil sahibləri aiddiyyəti üzrə yaxınlaşaraq, problemi aradan qaldıra bilərlər:
“Hətta bəzi şirkətlər bunun üçün onlayn platforma da hazırlayıblar”.
Eldəniz Cəfərov əlavə edib ki, istehsalçı şirkətlərin bu addımı atmalarına səbəb həm nüfuzlarını qorumaq, həm də hər hansı zavod qüsuru səbəbindən yarana biləcək təhlükənin qarşısını almaqdır.
Daha ətraflı videomaterialda:
Bizim.Media