Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evində baş verən uçqun nəticəsində həlak olan şəxs Biləsuvar rayonunda torpağa tapşırılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı həyatını itirən 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlu bu gün Biləsuvar rayonunun Ağalıkənd kəndində dəfn edilib.
Ailəli olan mərhum tikinti sahəsində çalışırmış.
Qeyd edək ki, uçqun nəticəsində daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu