Bakılı cütlük Londona 14 milyon funt sterlinqi necə gətirib? - DETALLAR

Bakılı cütlük Londona 14 milyon funt sterlinqi necə gətirib? - DETALLAR

Hazırda oxunan: Bakılı cütlük Londona 14 milyon funt sterlinqi necə gətirib? - DETALLAR

22300

Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyi (NCA) Londonda yaşayan bir azərbaycanlı cütlüyün adlarını açıqlamaq üçün “The Evening Standard” qəzetinin mübarizəsinə qoşulub. Onlar ölkəyə şübhəli şəkildə 14 milyon funt sterlinq idxal etməkdə günahlandırılırlar.

Bizim.Media xəbər verir ki, NCA ər-arvadın adlarını açıqlamaq üçün məşhur ingilis vəkil Conatan Xallı bu işə cəlb edib. Vestminsterdəki Əmlak Məhkəməsi əmlak məsələsinə bu ilin sonuna qədər baxmağa hazırlaşır.

NCA cütlüyün 10 bank hesabında olan 6,5 milyon funt sterlinqini ələ keçirməyə çalışır.

“The Evening Standard” qəzeti təxminən iki ildir ki, Azərbaycandan olan ər-arvadın adlarını məxfilik etiketindən çıxartmağa cəhd göstərir. 

Nəşr qeyd edir ki, bu vaxta qədər NSA onların adlarının açıqlanması məsələsində bitərəf qalıb.

Yeni məhkəmədə hakim qəzetin "ictimai maraq kəsb edən bir mövzunu araşdırdığını" etiraf edib və Britaniyanın çirkli pul axınından "narahat olduğunu" söyləyib. Buna baxmayaraq, məhkəmə ər-arvadın adlarının açıqlanmasına qoyulan qadağanı ləğv etməyib. Bu səbəbdən NSA da tərəfsiz mövqeyini dəyişdirərək qəzetin tərəfini tutub.

NCA bu işi həll etmək üçün çirkli pulların yuyulması ilə məşğul olan vəkil Conatan Xallı işə götürüb. Vəkil vəsatətində qeyd edir ki, ər-arvad özləri adlarının gizli saxlanılmasının səbəbini əsaslandıra bilməzlər. O, qeyd edib ki, NCA da prosesin açıq olmasını israr edir.

Vəkilin dediyinə görə, xanım Y (məhkəmə sənədlərində adı belə göstərilir) Britaniyadakı şirkətin direktoru olub və buna görə də adı ictimai mənbələrdədir. Cütlüyün Azərbaycanda iş aparmaq üçün müxtəlif MMC-lərdən istifadə etdikləri və adlarının açıq mənbələrdə göstərildiyi qeyd olunur.

Vəkil bildirir ki, ər-arvadın məxfiliyinin təmin edilməsinə ehtiyac yoxdur. 

“The Evening Standard” yazır ki, ər-arvadın vəkili Ceyms Louis apellyasiyaya  müraciət edib və bu dəfə məhkəmənin qapalı keçirilməsini israr etməyib. Ancaq hələ də o, məxfiliyin pozulmasına qarşı olduğunu xüsusi vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO