Azərbaycanın müasir silah və texnikaları 10-dan çox ölkəyə
  SATILIR

Azərbaycanın müasir silah və texnikaları 10-dan çox ölkəyə SATILIR

Hazırda oxunan: Azərbaycanın müasir silah və texnikaları 10-dan çox ölkəyə SATILIR

222916

Azərbaycanda istehsal olunan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyə ixrac olunur.

xa0

Müdafiə Sənayesi Nazirliyindənxa0xa0verilən məlumata görə, bu barədə nazirliyin 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

xa0

Qeyd edilib ki, ixrac olunan məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. İstehsal olunan məhsulun 89 faizini müdafiə və xüsusi təyinatlı, 11 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.

xa0

Bu il nazirliyin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 118 mövzunu əhatə edən 127 adda məmulat üzrə təcrübi-konstruktor işlərinin aparılması nəzərdə tutulur. Aparılacaq işlər 181 mərhələni əhatə edəcək. Yaradılması nəzərdə tutulan məmulatlar - xüsusi təyinatlı hücum pulemyotunu, müxtəlif millimetrlik avtomat silahları, iri çaplı pulemyotlar və avtomatik toplar üçün lülələri, avtomatik qumbaraatan kompleksini, lüləaltı qumbaraatanını və snayper tüfəngləri üçün optik nişangahlardır.

xa0

İclasda qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyi bu ilin iyununda Fransada keçiriləcək beynəlxalaq müdafiə və təhlükəsizlik sərgisində "EUROSATORY-2018” iştirak edəcək. “EUROSATORY-2018” sərgisinə ilk dəfə qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 268 adda məmulat nümayiş etdirəcək. Sərgidə bir neçə adda yeni növ müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur.

xa0

Kollegiyada bu ilin sentyabrında Bakıda keçiriləcək “ADEX-2018” beynəlxalq müdafiə sərgisi ilə bağlı aparılan işlərdən də danışılıb. Sərgi ilə bağlı xarici ölkələrin müvafiq qurumları ilə danışıqlar aparılır və təşkilati işlər hayata keçirilir. Eyni zamanda, “ADEX-2018” sərgisində Azərbaycan istehsalı olan yeni müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsi üçün nazirliyin müəssələrində müvafiq işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO