Azərbaycanın xalq rəssamı Rafiq Nəsirov 78 yaşında vəfat edib.
Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, vida mərasimi bu gün saat 14.00-da "Təzə Pir" məscidində baş tutacaq.
Qeyd edək ki, Rafiq Nəsirov Əliş oğlu 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olub.
1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olub. 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub.
1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.
Bizim.Media