Xalq artisti Ağadadaş Ağayevə ittiham elan edildi – FOTO/VİDEO

Xalq artisti Ağadadaş Ağayevə ittiham elan edildi – FOTO/VİDEO

Hazırda oxunan: Xalq artisti Ağadadaş Ağayevə ittiham elan edildi – FOTO/VİDEO

222815

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artistinə ittiham aktı elan edilib.

Ağadadaş Ağayev ittihama görə özünü təqsirli bilməyib. Təqsirləndirilən Xalq artistinə sərbəst ifadə üçün söz verilsə də, buna hazır olmadığı üçün məhkəmədən vaxt istəyib:
 

"Bütün məsələ havada qalıb. Mən kömək istəyirəmsə, niyə söyüşlə istəyə bilərəm. Hazırda çıxışa hazır deyiləm. Ona görə də bu gün ifadə vermək istəmirəm".


Onun vəkili də müvəkkilinin ifadəsinə hazırlaşmağı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin olub.

Qeyd edək ki, müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.

Onu da bildirək ki, zərərçəkən kimi hospitalın əməkdaşı Nəzakət Paşayeva tanınıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO