Cəmiyyətimiz üçün ailə psixoloqu anlayışı hələ yenidir və geniş yayılmayıb. Ailə daxili problemlər, məişət zorakılığı, qalmaqallı boşanma halları hər zaman gündəmimizdədir. Ailə psixoloqları bu məsələləri həll etmək üçün ən uyğun vasitələrdəndir. Çünki psixoloq neytral şəxsdir və güzgü kimi sizə hadisələri əks etdirib daha məntiqli qərarlar verməyinizə səbəb ola bilər.
Bütün dünyada, hətta qonşu ölkələrdə də ailə psixoloqları, xüsusilə ailədaxili münaqişələr, uşaqların inkişafı və boşanma kimi mövzularda fəaliyyət göstərirlər. Türkiyədə bu sahə təhsildə də önəmli yer tutur. Azərbaycan isə hələ də psixologiya təhsilində geridə qalır. Hazırda fəaliyyət göstərən psixoloqların əksəriyyəti kurslardan aldıqları sertifikatlarla fəaliyyət göstərirlər. Davamlı tənqid olunmasına baxmayaraq, hələ də bu sahədə dəyişən heç nə yoxdur.
Ailə münasibətlərində psixoloqun rolu
Psixoloq Gülər Məmmədova Bizim.Media-ya ailə psixoloqları barədə danışıb.
“Bizim insanlarımız psixoloq peşəsinə də hələ də məzəli yanaşırlar və bu cür insanlar heç özlərindəki problemləri də görmürlər. Əgər cütlüklər boşanmaqla bağlı qərarlarında qətidirlərsə, o zaman burada psixoloq heç nə edə bilməz. Amma tərəddütləri varsa, sağlam münasibət qura bilmirlərsə, gərginlik varsa, burada ailə psixoloqu neytral üçüncü şəxs olaraq problemlərin həllində mühim rol oynaya bilər. Amma ailə psixoloqları ailə qurmuş, ailə dəyərləri barədə təcrübəsi olan biri olmalıdır. Əgər bu gənc, ailəsi olmayan şəxs olsa, o zaman doğru aydınlanmalar yarada bilməyəcək”.
Cəmiyyətdə psixologiyaya olan yanaşma dəyişməsə...
Ailə psixoloqları təkcə boşanma və cütlüklər arasındakı problemlərin həlli üçün yox, həm də valideyn-uşaq münasibətləri, ailə daxili zorakılıq üçün vacibdir. Azərbaycanda bu sahənin genişlənməsi və daha çox insan tərəfindən qəbul edilməsi üçün cəmiyyətin psixoloji xidmətlərə olan yanaşmasını dəyişdirmək lazımdır.
Azərbaycanda olan ailədaxili problemlər ya məhkəmə zalında, ya da polis bölmələrində barışmaqla həll edilir. Ailə psixoloqları, ailədaxili münasibətlərin yaxşılaşdırılması, gərginliyin azaldılması və ümumilikdə cəmiyyətin psixoloji sağlamlığının artırılması üçün mühüm rola sahibdirlər. Bu peşənin inkişafı, daha sağlam və güclü ailələrin formalaşmasına kömək edəcək və ölkə səviyyəsində sosial rifahı artıracaq.
Nuray, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 27.11.2024
Cəmiyyətin psixologiyaya MÜNASİBƏTİ - Azərbaycanda niyə ailə psixoloqları YOXDUR?
Hazırda oxunan: Cəmiyyətin psixologiyaya MÜNASİBƏTİ - Azərbaycanda niyə ailə psixoloqları YOXDUR?
Hazırda oxunan: Cəmiyyətin psixologiyaya MÜNASİBƏTİ - Azərbaycanda niyə ailə psixoloqları YOXDUR?
222662
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.