Azərbaycanda qadınlar niyə bələdiyyə sədri olmaq istəmir? – ARAŞDIRMA

Azərbaycanda qadınlar niyə bələdiyyə sədri olmaq istəmir? – ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycanda qadınlar niyə bələdiyyə sədri olmaq istəmir? – ARAŞDIRMA

222655

Azərbaycanda uzun illərdir ki, qadınlar bələdiyyə seçkilərində aktiv deyillər. Sonuncu dəfə 2009-cu il bələdiyyə seçkilərində Azərbaycanda bir neçə qadın bələdiyyə sədri seçilib. Ondan sonrakı illərdə keçirilən bələdiyyə seçkilərində qadınlar arasında bu sahəyə demək olar ki, maraq azalıb. Ötən gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu dəfəki bələdiyyə seçkilərində namizəd olmaq üçün qadınlara səslənib.

“Xüsusilə qadınlar da bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər. Namizədliyə iddialı şəxslər imzaları dairənin hüdudları daxilində toplamalıdırlar”, deyə MSK sədri qeyd edib.

Bəs Azərbaycanda qadınlar niyə bələdiyyə sədri olmaq istəmir?

Mövzu ilə bağlı millət vəkili Razi Nurullayev Bizim.Media-ya öz fikirlərini bildirib. O, qadınların bələdiyyə seçkilərindən kənarda qalmasınnın bir neçə səbəbini sadalayıb.

“Çünki bələdiyyə müstəqil qurum deyil, rahat məkan deyil, töhfə verəcək qurumlar sırasından da çıxıb. Qadınlar bələdiyyə üzvü olub nələrəsə nail olmaq düşüncəsində deyillər. İkinci, qadınlar düşünür ki, kişilər onlara seçilmək imkanı verməyəcək. Qadınların seçki və vətəndaşlarla işləmək təcrübəsi ənənəmiz baxımından zəifdir və kişilər qadınların bələdiyyə üzvü olmasına o qədər də isti yanaşmır. Üçüncü, qadınların bələdiyyələr haqqında informasiyası azdır və onlar əsasən bələdiyyə işinin kişi işi olduğuna inanır. Ciddi maarifləndirmə və dövlət tərəfindən ciddi təşviqata və köməyə ehtiyac var”

Qadınların bələdiyyə seçkilərindəki son işartıları

Xatırladaq ki, 2009-cu il bələdiyyə seçkilərində Azərbaycanda qadınların bələdiyyə sədri seçildiyi rayonlar və onların adları barədə bəzi məlumatlar mövcuddur. O dövrdə qadın namizədlər bəzi rayonlar üzrə bələdiyyə sədri seçilib:

Bakı şəhəri, Nəsimi rayonu üzrə Səbinə Nəzərova, Sabunçu rayonu üzrə Rəna Ələkbərova, Gəncə şəhəri üzrə Züleyxa Məmmədova, Sumqayıt şəhəri üzrə Şahnaz Məhərrəmova, Quba rayonu üzrə Təranə Əliyeva bələdiyyə sədri olub.

Bu, 2009-cu il bələdiyyə seçkilərində qadınların sədrlik etdiyi bələdiyyələrdən bir neçəsidir. Lakin, qeyd etmək lazımdır ki, ümumilikdə qadınların bələdiyyə sədri olduğu rayonlar o zaman da çox deyildi və bələdiyyə rəhbərliyini daha çox kişilər tuturdu.

Azərbaycanda bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir və bu seçkilərdə qadınların iştirakını təşviq edən bəzi təşəbbüslər olsa da, qadınların bələdiyyə sədrliyi kimi vəzifələrə seçilməsi halları hələ də nisbətən azdır.

Onu da qeyd edək ki, ölkədə qadınların siyasətdə və ictimai həyatda daha çox iştirak etməsi üçün qanunvericilikdə və sosial sahələrdə müəyyən irəliləyişlər olsa da, bələdiyyə sədrliyi kimi vəzifələrdə kişilərlə müqayisədə qadınların sayının az olması, gender bərabərliyi məsələsinin hələ də tam olaraq həll edilmədiyini göstərir.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO