Bakıda qanunsuz tikintinin qarşısı ALINDI

Bakıda qanunsuz tikintinin qarşısı ALINDI

Hazırda oxunan: Bakıda qanunsuz tikintinin qarşısı ALINDI

222498

Bakının Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 38/56 ünvanında yerləşən 6 mərtəbəli yaşayış binasında (“Körpə” MTK-ya məxsus) aparılan qanunsuz tikinti faktının qarşısı alınıb.

Bu barədə Bizim.Media Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, qanunsuz tikinti faktının qarşısını Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi alıb.
 

Belə ki, Baş İdarə əməkdaşlarının şəhərsalma nəzarəti qaydasında həyata keçirdiyi monitorinq nəticəsində sözügedən binanın 1-ci mərtəbəsində yerləşən mənzildə müvafiq icazəverici sənədlər olmadan 2 ədəd pəncərə boşluğunda qapı oyuğu açılması və pilləkən marşının quraşdırılması faktı aşkar edilib.


Noyabrın 13-də qanunsuz tikinti işləri dayandırılaraq sökülüb və müvafiq tədbirlər görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib. Bununla belə noyabrın 26-da Baş İdarə tərəfindən əraziyə təkrar baxış zamanı yenidən həmin mənzildə qanunsuz quraşdırılma faktı aşkar edilmiş və cəhdin qarşısı alınaraq, söküntüsü təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO