Təcili tibbi yardım maşını piyadanın həyatına son qoydu

Təcili tibbi yardım maşını piyadanın həyatına son qoydu

Hazırda oxunan: Təcili tibbi yardım maşını piyadanın həyatına son qoydu

222394

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada həyatını itirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. 

Hərəkətdə olan "Mercedes" markalı təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1966-ci il təvəllüdlü Ə.Verdiyevi vurub. 

Piyada xəstəxanaya çatdırılsa  da, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin məlumata görə, piyadanı vuran avtomobil Daşkəsən rayon mərkəzi xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə məxsusdur. 

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO