Ölkənin şimalında güclü külək əsir. Bu səbəbdən Xaçmaz rayonunun əksər kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.
Bizim.Media-nın Azərişıq ASC-nin Xudat elektruk şəbəkəsindən əldə etdiyi məlumata görə, hazırda şəbəkənin xidmət dairəsinə daxil olan 30-dan artıq kənddə işıq yoxdur.
Təhlükəsizlik baxımından küləyin ciddi fəsadlara yol açmaması üçün enerji verilişi dayandırılıb.
Külək stabilləşən kimi yaşayış məntəqələrinə işığın verilişi bərpa olunacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu