Şöbə müdirindən ETİRAZ – “Maska tələbi bu gün üçün yersizdir”

Şöbə müdirindən ETİRAZ – “Maska tələbi bu gün üçün yersizdir”

Hazırda oxunan: Şöbə müdirindən ETİRAZ – “Maska tələbi bu gün üçün yersizdir”

22219

“Açıq havada maska geyinmək tələbi ləğv edilməlidir. Hazırki epidemioloji durum bunu deyir. Açıq havada, parklarda, insanların sıx olmadığı yerlərdə maska tələbi bu gün üçün yersiz görünür”. 

Bu fikirlərlə Bizim.Media-ya açıqlamasında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev çıxış edib.

Onun sözlərinə görə yoluxma artarsa, təbii ki, maska tələbinin tərəfdarı olacağıq:

“İsti havadır. İnsanlar çətin nəfəs alır. Bu günkü yoluxmaya görə açıq havada maska tələbini ləğv etmək olar. İdman zallarının da açılması vacibdir. Sövet hökumətinin məşhur bir fikri var: “Sağlam bədəndə, sağlam da ruh olar”. Bir çox skalyozlu xəstələr, artıq çəkisi olan uşaqlar var ki, onlara idman həyatı artıq dərəcədə vacibdir. İdmanla məşğul olan insanların immuniteti də yüksəlir. Onurğa əyriliyi olan uşaqlara üzgüçülük mütləqdir. Amma onlar bundan aylardır ki, məhrumdurlar. Məsələ çox aktualdır və bütün idman növünün fəaliyyətinə icazə verilməlidir”.

Həftəsonları ictimai nəqliyyatın bərpa olunması məsələsinə toxunan həkim gülməli bir vəziyyət yarandığını qeyd edib:

“Həftəsonu ictimai nəqliyyatın işləməsində heç bir epidemioloji risk yoxdur. Bunu uzun müddətdir ki, deyirik və artıq açılmalıdır. Həftə içi dəhşətli dərəcədə sıxlıq olur. Həftəsonu isə heç bir avtobus işləmir. Muzdlu işləyən insanlar var ki, 5-10 manat qazanmaq istəyir, onu da taksiyə verir. Zatən həftəsonu ictimai nəqliyyat işləsə, tıxac olmayacaq. İnsanları bu qədər incitməyin nə mənası var axı? Bu günkü yoluxma sayı metronun da açılmasına imkan verir. Çünki metro açılsa, avtobuslarda ciddi şəkildə sıxlıq olmayacaq və yoluxma riski əksinə azalacaq”

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO