Günümüzün bəlasına çevrilən dəm qazı Şəkidə daha bir nəfərin həyatı bahasına başa gəlib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gecə Şəkidə 21 yaşlı gəncin hüşsuz bədəni yaxınları tərəfindən vanna otağında aşkarlanıb.
Faciəli hadisə Şəki şəhəri Mehdi Hüseynzadə küçəsi ev 40 ünvanında qeydə alınıb.
Ailə üzvləri Süleyman Mustafayevin huşsuz bədənini aşkar edəndən sonra Təcili Tibbi Yardıma müraciət edib. İlkin tibbi müayinədən sonra həkimlər 21 yaşlı gəncin dəm qazından boğularaq ölməsi faktını təsdiqləyib.
Daha sonra meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu