Xaçmaz parkında qadın sevgilisi tərəfindən döyüldü - FOTO

Xaçmaz parkında qadın sevgilisi tərəfindən döyüldü - FOTO

Hazırda oxunan: Xaçmaz parkında qadın sevgilisi tərəfindən döyüldü - FOTO

22209

Xaçmazda parkda  qadın fiziki zorakılığa məruz qalıb.

Bizim.Media-nın məlumata görə, hadisə Xaçmaz şəhərindəki "Fəvvarələr parkı"nda  baş verib. 

Məlumata görə, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilova Esmira Xanlar qızı qeyri-rəsmi nikahda yaşadığı Qafur adlı şəxs tərəfindən döyülüb.

Ağır xəsarət alan qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı cızılmış yarası, bazu nahiyəsinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO