Polkovnik-leytenant: "Sərhədçilərimiz xidmət etdikləri ərazidə mədəni abidələri də qoruyurlar" - FOTO

Polkovnik-leytenant: "Sərhədçilərimiz xidmət etdikləri ərazidə mədəni abidələri də qoruyurlar" - FOTO

Hazırda oxunan: Polkovnik-leytenant: "Sərhədçilərimiz xidmət etdikləri ərazidə mədəni abidələri də qoruyurlar" - FOTO

221924

“Sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilər Azərbaycan əraziləri ilə yanaşı, xidmət etdikləri ərazilərdə yerləşən tarixi-mədəni abidələri, o cümlədən ərazinin təbii orjinallığını da mühafizə edərək qoruyub saxlayırlar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Qazax" Əlahiddə Sərhəd Diviziyasının zabiti, polkovnik-leytenant Elnur Abdullayev bildirib.

Polkovnik-leytenant qeyd edib ki, 19 aprel 2024-cü ildə Qazax rayonunun işğalda olan dörd kəndi Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bir güllə atılmadan azad edilib:
 

"Bu kəndlərdə hazırda sərhədçilər xidməti yüksək səviyyədə təşkil edir. Eyni zamanda sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı qoruyurlar. Hazırda arxamızda olan "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu yeddinci əsrdə tikilib. Bu qoruq Qazax rayonunun Daşsalahlı kəndində yerləşir. Qoruq həm həm də DSX-nin Sərhəd Qoşunları və Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Hazırda yerləşdiyimiz yüksəklik Subsaksiz yüksəliyi adlandırılır".


Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının hərbçiləri Qazax rayonun bir sıra ərazilərində sərhəd döyüş məntəqələrində xidmət aparırlar.




Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO