Azərbaycanda 77 saxta domen aşkarlanaraq bloklanıb – RƏSMİ

Azərbaycanda 77 saxta domen aşkarlanaraq bloklanıb – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda 77 saxta domen aşkarlanaraq bloklanıb – RƏSMİ

221860

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumlarının domenlərinə (gov.az) bənzədilmiş 77 saxta domen aşkar edərək bloklayıb. 

Bizim.Media Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 53-ü III rübün payına düşüb. 

Yanvar-oktyabr aylarında isə qurum “AzStateNet” şəbəkəsi üzrə 679 430 000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 818 400, kompüter və proqram təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 185 163 zərərverici tərkibli elektron sənədi blok edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO