“Məhkəmə Əli Həsənovu cərimə ödəməkdən azad etdi” – Türk vətəndaşından İTTİHAM

“Məhkəmə Əli Həsənovu cərimə ödəməkdən azad etdi” – Türk vətəndaşından İTTİHAM

Hazırda oxunan: “Məhkəmə Əli Həsənovu cərimə ödəməkdən azad etdi” – Türk vətəndaşından İTTİHAM

22174

Mayın 21-də şərti cəza ilə azadlığa çıxan Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyeva qarşı keçirilən daha bir məhkəmədə hökm oxunub.

Belə ki, Nərimanov Rayon məhkəməsində hakim Solmaz Əbilovanın sədirliyi ilə keçirilən məhkəmədə şikayətçi, N. Allahverdiyevın törətdiyi qəzada ağır xəsarət alan Türkiyə vətəndaşları Mütallib və Söngül Tekişin iddaları qismən təmin edilib.

Bizim.Media-ya açıqlamasında Mütallib bəy bildirib ki, indiyə qədər yoldaşının müalicəsi üçün xərclədiyi vəsaitin bir qismi Əli Həsənovun ailəsi tərəfindən ödəniləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun nəvəsinin məhkəməsində VƏKİL QALMAQALI - FOTO


Lakin baxmayaraq ki, qəza nəticəsində  80 % əlil və uzunmüddətli müalicəyə ehtiyacı olan həyat yoldaşının bundan sonrakı xərcləri nəzərə alınmayacaq.

“Məhkəmə rəsmən onları bütün ödənişlərdən azad etdi. Halbuki, buna günahkar birbaşa Nail Allahverdiyevdir. Bundan başqa Həsənovun şikayətçi olmayaq deyə bizə verdiyi vədlər vardı ki, məhkəmə onlara bu öhdəlikləri yerinə yetirsinlər deyə, qarşı tərəfə heç bir tələb irəli sürmədi”.

Şikayətçi, Mütallib Tekiş heç bir maneə baxmayaraq, yolun sonuna qədər mübarizə aparacağına və lazım gələrsə Avropa məhkəməsinə də müraciət edəcəyini bildirib:

“Məhkəmə bizim haqqlarımızı tapdaladı və zülm edilən tərəf biz olduğumuz halda haqsız vəziyyətə düşdük. Bu işdə mənə çox şübhəli gələn məqamlar var. Ancaq mən mübarizəmi Avropa  insan hüquqları məhkəməsinə qədər davam etdirəcəyəm. Mənə çox maraqlıdır, biz bütün sübutları, sənədləri və xəstəxana müayinələrini məhkəməyə təqdim etdiyimiz halda, ədliyyə niyə bizim şikayətimizi nəzərə almadı? Yoldaşımın müalicəsi hələ davam edir və uzun müddət də davam etməlidir. İndiyə qədər bu müaicəyə külli-miqdardarda pul xərclədiyim üçün daha heç nə etməyə imkanım yoxdur. Bu cür vəziyyətdə mən nə etməliyəm, yoldaşımı ağrılar içində ölməyinə tamaşa etməliyəm?”

Xatırladaq ki, 2017-ci il 3 avqustunda Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobillə törətdiyi qəza nəticəsində  piyada Vaqif Əsədov və onun yanında olan Mehdi Əliyev dünyasını dəyişib.

Türkiyə vətəndaşları olan Tekiş cütlüyünə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməməkləri haqqında saziş imzalayan Həsənov ailəsi, bir müddət onların müalicəsini ödədikdən sonra məsuliyyətdən boyun qaçırıb.

Bundan başqa işadamı olan Mutallib Tekiş uzun müddət xəstəxanada müalicə aldığı üçün, bütün işləri ləğv edilib və o, müflis olub. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO