Ağır bəladan əziyyət çəkənlər - Vərəm xəstələri icbari tibbi sığortadan yararlana bilirmi?

Ağır bəladan əziyyət çəkənlər - Vərəm xəstələri icbari tibbi sığortadan yararlana bilirmi?

Hazırda oxunan: Ağır bəladan əziyyət çəkənlər - Vərəm xəstələri icbari tibbi sığortadan yararlana bilirmi?

221730

2023-cü ildə Azərbaycanda 2816 vərəm xəstəsi qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən Bizim.Media-ya məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərin vərəmə yoluxma ehtimalı yüksəkdir - XƏBƏRDARLIQ


Qeyd edək ki, bu xəstəliklə bağlı ən yüksək göstərici 2000-ci ildə 5113, 2011-ci ildə 4836, 2012-ci ildə isə 4616 nəfər olub.

Maraqlıdır ki, ölkədəki 2000 nəfərdən çox  vərəm xəstəsi müalicə üçün İcbari Tibbi Sığortadan yararlana bilirmi?

Məsələylə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Agentlikdən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, vərəm xəstələrinin müalicəsi İcbari Tibbi Sığortaya yox, TƏBİB tərəfindən həyata keçirilən Vərəm xəstələri ilə bağlı Dövlət Proqramına daxildir: 

“Dərmanların alınması, müalicə işləri TƏBİB tabeliyindəki tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki Ağciyər Xəstəlikləri İnstitutunda həyata keçirilir”,- deyə Agentlikdən bildirilib.

Açıqlamada əlavə olunub ki, ağciyər xəstəsi rentgendən, MRT-dən , KT-dən keçmək istəyirsə, həmin xəstəyə sığorta xidməti göstərilir. Amma müalicəsi proqram olduğuna görə sığortaya daxil deyil.

Nəzrin Mirzəyeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO