Dünyanın 11 faizinin əziyyət çəkdiyi XƏSTƏLİK – Azərbaycanda şəkərli diabet niyə “GƏNCLƏŞİB”?

Dünyanın 11 faizinin əziyyət çəkdiyi XƏSTƏLİK – Azərbaycanda şəkərli diabet niyə “GƏNCLƏŞİB”?

Hazırda oxunan: Dünyanın 11 faizinin əziyyət çəkdiyi XƏSTƏLİK – Azərbaycanda şəkərli diabet niyə “GƏNCLƏŞİB”?

221681

Son vaxtlar statistik göstəricilərinin dünyada ciddi narahatlıq doğurduğu xəstəliklərdən biri də şəkərli diabetdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı 900 milyona çatıb.

Daha öncə - 1990-cı ildən 2022-ci ilə qədər şəkərli diabetlə yaşayan insanların sayı 200 milyondan 830 milyona yüksəlmişdi. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə bu proses sürətlə artır.
 

MÖVZU İLƏ BAĞLI:

Sinir xəstəliklərinin sayında KƏSKİN ARTIM – Qəfil ölümlərə SƏBƏB nədir?


Rəqəmlərə görə, 2000-ci ildən başlayaraq diabetdən ölüm halları da artıb.

2021-ci ildə 1,6 milyon insan bu xəstəlikdən dünyasını dəyişib. Ölənlərin əsasən 47%-i 60-70 yaş aralığında insanlar olub. Digər 530,000 nəfərin ölümü isə diabetlə əlaqəli böyrək xəstəlikləri səbəbindən baş verib ki, bu da ürək-damar xəstəliklərindən ölənlərin təxminən 11%-ni təşkil edir.

21-ci əsrin infeksiyasız pandemiyası

Alimlər xəstəliyin getdikcə daha da gəncləşməsi, hətta uşaqlar arsında da artmasından narahatdırlar. Məhz bu səbəbdən onlar şəkərli diabeti “21-ci əsrin infeksiyasız pandemiyası” adlandırırlar.

Bəs, Azərbaycanda vəziyyət necədir?

Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 2023-cü ildə şəkər xəstələrinin sayı 415 679 nəfərə çatıb. Təkcə bu il 29645 nəfərdə şəkər diaqnozu qoyulub.

Qeyd edək ki, 2010-cu ildə Azərbayanda şəkər xəstələrinin ümumi sayı 120 min nəfər olub.

Göründüyü kimi, son 14 ildə bu göstərici 3 dəfəyə yaxın artıb. Dünya Diabet

Federasiyasının
2045-ci ilə olan təxminlərinə görə bu rəqəm 573 min olacaq.

Uşaqlar niyə diabet olur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla şəkər xəstəliyinin etimologiyasının bir neçə səbəblə bağlı olduğunu bildirir:

“Bu xəstəlik orqanizmdə mübadilə pozuntusundan yaranır. Şəkərli diabetə aparan digər bir səbəb insulin dirəncidir. Yəni həddən artıq çox qida qəbulu son nəticədə insulinə qarşı tolerantlıq yaradır və bu da  nəticədə şəkər xəstəliyinə aparıb çıxarır. Eləcə də irsi faktorlar da bunu tətikləyən səbəblərdən biridir. 

Ata-ana xətti ilə genetik meyllilik də şəkər xəstəsi olmağa səbəb yarada bilir. Amma ən əsas səbəblərdən biri isə düzgün və sağlam qidalanmamaqdır. Şəkər xəstəliyinin həm cavanlaşmasının, həm sayının artmasının ən başlıca səbəbi məhz qidalanmayla bağlıdır. Bu gün demək olar ki, normal, sağlam qidalanma  yoxdur. Marketlərdə nadir hallarda sağlam və ekoloji tələblərə cavab verən qida tapa bilərsiniz”.

Həkimin fikrincə, azyaşlıların şəkər xəstəsi olmalarına gətirib çıxaran amillərdən biri də həddən artıq qida qəbul etmələridir: “Uşaqlar artıq çəkidən əziyyət çəkirlər, az hərəkət edirlər. Bu isə mübadilə pozuntularına, bədəndə kalorinin əmələ gəlməsi zamanı yanma proseslərinin sona qədər getməməsinə, nəticədə maddələr mübadiləsi derevatlarının orqanizmə çökməsinə və  müxtəlif xəstəliklərin yaranmasına səbəb olur ki, onlardan biri də şəkər xəstəliyidir”.

Şirin fəsad

Professor qeyd edir ki, şəkər səssiz gələn, amma ciddi fəsadlara yol açan xəstəlikdir:

“Şəkər xəstəliyi insanı ağrıtmır, ilk vaxtlar ona problem yaratmır.  Amma sonradan ağırlaşmalara səbəb olur. Xüsusilə gözlərin tutulması, diabetik ayaq, aşağı ətrrafların amputasiyası, böyrək çatışmazlığı, infakt, insult kimi ciddi ağırlaşmalar, fəsadlar yaradır. Təbii ki, belə insanlar da əmək qabiliyyətini çox erkən itirirlər”.

Professorun fikrincə, insanları şəkərdən qorumaq üçün bu yöndə ciddi təbliğata ehtiyac var:  “Zənnimcə, bu xəstəliklə mübarizə, genefondun sağlamlığının qorunması üçün kompleks tədbirlər görülməli, ciddi maarifləndirilmə işləri aparılmalıdır”.

Ünsiyyətdə olduğumuz digər endokrinoloq həkimlər də cəmiyyəti bu yöndə maarifləndirməyi, düzgün qidalanma, fiziki aktivlik və yuxu rejiminə diqqət etməynin vacib olduğunu qeyd elədilər.


Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO