Tərtər sakini yeniyetməni özü ilə oğurluğa apardı

Tərtər sakini yeniyetməni özü ilə oğurluğa apardı

Hazırda oxunan: Tərtər sakini yeniyetməni özü ilə oğurluğa apardı

22162

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində artezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları xidmətdə olan zaman rayon ərazisindəki Sukanal İdarəsinə məxsus artezianı elektrik enerjisi ilə təmin edən kabelləri oğurlayan şəxsləri aşkarlayıblar.

Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla cinayət əməlini törədən şəxslərin Tərtər rayon sakinləri - Əkbər İsmayılzadə və bir yeniyetmə olduğu müəyyən edilib.

Hazırda Tərtər RPŞ-də faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO