Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Pakistana işgüzar səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza ilə görüşüb.
Tərəflər görüş zamanı ölkələrimiz arasında müxtəlif istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın uğurla davam etdirildiyini və geniş imkanlara malik olduğunu bildirib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.
Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.
Bizim.Media