Sabah çox isti olacaq, AMMA...

Sabah çox isti olacaq, AMMA...

Hazırda oxunan: Sabah çox isti olacaq, AMMA...

22132

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mülayim şimal-qərb küləyinin arabir güclənəcəyini də qeyd edib.

Havanın temperaturu gecə 16-21 isti, gündüz 25-30 isti, Bakıda gecə 18-20 isti, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 gündüz 40-45 faiz olacaq.

Mayın 24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq.

Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 30-35 isti, dağlarda gecə 12-17 isti, gündüz 21-26 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO