Biləsuvar rayonunun Ağalıkənd kəndində bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü Nəhmədov Mətləb Famil oğlu yaşadığı evdə aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.
İlkin məlumatlara görə, onun ölümünə səbəb ov tüfəngi ilə ehtiyatsız davranış olub.
Hal-hazırda hüquq mühafizə orqanları hadisənin səbəblərini araşdırır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu