İranda ali dini lider Seyid Əli Xameneinin vəziyyətinin ağır olduğu barədə ziddiyyətli məlumatlar yayılıb. Bu fonda İranda növbəti ali dini liderin kim olacağı barədə müzakirələr yenidən qızışır. Bu posta namizədlər arasında müxtəlif şəxslərin adları hallanır.
Onlar arasında Xameneinin oğlu Seyid Müctəba Xamenei, İran İslam İnqilabının lideri Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeyni və Sadiq Laricaninin adları çəkilir. İran qanunlarına görə, Ali dini rəhbəri seçmək Seçilmişlər Məclisinin (Xobreqan Məclisi) səlahiyyətindədir. Yüksək rütbəli ruhanilərin qərarı əsasında ölkənin dini rəhbəri müəyyənləşir. Rəhbər olacaq şəxsin “müctehid” titulunu daşıması əsas şərtdir. Bu, dində ən yüksək mərtəbə hesab olunur.
Bu fonda maraqlıdır Xameneidən sonra görəsən İrana kim rəhbərlik edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədovun fikrincə, Xameneinin yerinə əsas namizəd oğlu Müctəba Xameneidir:
“Ayətullah Əli Xamenei 1989-cu ildən İranın dini lideridir. Ondan əvvəl isə ölkənin prezidenti olub. O, böyük səlahiyyətlərə malikdir. İran xarici siyasəti, təhlükəsizlik məsələləri və daxili siyasətlə bağlı ən mühüm qərarları ölkənin dini lideri verir.
Xamenei ali dini lider vəzifəsinə özündən sonrakı namizədi uzun müddətdir ki, hazırlamışdı. Söhbət İranın helikopter qəzasında ölən prezidenti İbrahim Rəisidən gedir. Hamı bilirdi ki, Xamenei özündən sonra məhz Rəisinin dini lider olmasını istəyir. Ancaq helikopter qəzası bu planı pozdu. Rəisinin ölümündən sonra isə İranın dini lideri postuna real namizəd görünmür.
Ancaq müəyyən dairələrdə Əli Xameneinin oğli Müctəba Xameneinin adı hallanır. Ona görə də indilikdə sözügedən posta məhz Xameneinin oğlu əsas namizəd hesab olunur. İndiki məqamda onun şansları daha yüksək görünür. Bu planın baş tutub-tutmayacağı, sonrakı dini liderin oğlunun, yoxsa başqa namizədlərin olmasını yaxın zamanlar göstərəcək. Hələliksə başqa bir real namizədin adını çəkmək çətindir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 19.11.2024
Xameneinin GİZLİ VARİSLƏRİ – İranın yeni Ali Rəhbəri kim OLACAQ?
Hazırda oxunan: Xameneinin GİZLİ VARİSLƏRİ – İranın yeni Ali Rəhbəri kim OLACAQ?
Hazırda oxunan: Xameneinin GİZLİ VARİSLƏRİ – İranın yeni Ali Rəhbəri kim OLACAQ?
221256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.