Marsda həyatın mövcud olmasına dair YENİ FAKTLAR ortaya çıxdı: Su izləri TAPILDI - FOTO

Marsda həyatın mövcud olmasına dair YENİ FAKTLAR ortaya çıxdı: Su izləri TAPILDI - FOTO

Hazırda oxunan: Marsda həyatın mövcud olmasına dair YENİ FAKTLAR ortaya çıxdı: Su izləri TAPILDI - FOTO

221199

Marsdan qoparaq Yerə çatan meteorit “Qırmızı Planet”in su tarixi və orada həyatın mövcudluğu ilə bağlı yeni dəlillər ortaya çıxarıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, amerikalı alimlər yeni məlumatlarla bağlı araşdırma aparıblar. 

Belə ki, təxminən 11 milyon il əvvəl Marsa asteroid dəyib, planetin bəzi hissələri kosmosa səpələnib. 

Bu parçalardan ən azı biri Yerə çatıb və 1931-ci ildə ABŞ-ın Purdue Universitetində bir siyirmədə tapılıb. Meteoritin ora necə gəldiyi məlum deyil. Universitetin yerləşdiyi şəhərin adı ilə “Lafayette Meteoriti adlandırılan” meteoritlə bağlı əvvəlki araşdırmalar onun Marsda su ilə qarşılıqlı əlaqədə olduğuna dair yeni faktlar ortaya çıxarıb. Lakin bu qarşılıqlı əlaqənin nə vaxt baş verdiyi məlum deyildi.

Bu suala cavab vermək üçün Purdue Universitetinin tədqiqatçıları meteoritdəki mineralların tarixini təyin ediblər. “Geochemical Perspective Letters” jurnalında dərc edilən araşdırmada mineralların yaşı helium və neon kimi nəcib qazlardan istifadə edilərək müəyyən edilib.

Onlar meteoritdəki mineralların tarixini təyin etmək üçün helium və neon kimi nəcib qazlardan istifadə edib. 

Tədqiqatçılar deyirlər ki, mineralların tarixini müəyyənləşdirməklə, qarşılıqlı təsirin nə vaxt baş verdiyini anlaya bilərlər. Alimlər demək olar ki, Marsda suyun nə vaxtsa mövcud olduğuna əmindirlər. Lakin suyun nə vaxt mövcud olduğu və miqdarı kimi təfərrüatlar hələ də bəlli deyil.
 

Tədqiqat göstərir ki, 742 milyon il əvvəl Marsın səthində kişik miqdarda su olub. Tədqiqatın aparıcı müəllifi Marissa Tremblay bildirir ki, o dövrdə suyun yeraltı buzların əriməsi nəticəsində əmələ gəlməsi mümkündür.


Tremblay bu ərimənin Marsda maqmatik aktivliyin təsiri altında müntəzəm olaraq baş verdiyini düşünür. Marsın bir zamanlar su saxladığına dair hər yeni dəlil kiçik də olsa, orada həyatın mümkünlüyünü artırır. “Lafayette Meteoriti” üzərində aparılan tədqiqatlar təkcə Marsın geoloji tarixini anlamağa kömək etmir. Bu, həm də meteoritlərin zaman kapsulu kimi istifadə oluna biləcəyini göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO