Turşudan zəhərlənmə TƏHLÜKƏSİ - Ev, yoxsa market turşusu yeyək?

Turşudan zəhərlənmə TƏHLÜKƏSİ - Ev, yoxsa market turşusu yeyək?

Hazırda oxunan: Turşudan zəhərlənmə TƏHLÜKƏSİ - Ev, yoxsa market turşusu yeyək?

221173

Yay aylarında meyvə və tərəvəzlərin bol olduğu vaxtlarda turşular, konservləşdirilmiş qidalar hazırlamaq çox sevilir. Yayda bağlanan məhsullar məhz elə indiki havalarda, qış aylarında açılır, istifadə edilir. Xüsusilə ev şəraitində hazırlanan turşuların təhlükəli olub, olmaması məsələsi hər zaman aktualdır. Əlbəttə ki, turşuların ziyanları, istifadə, hətta saxlanma qaydalarıyla bağlı müxtəlif fikirlərlər və müzakirələr çoxdur.  Çünki turşudan zəhərlənənlər, hətta dünyasını dəyişənlər heç də az deyil.

Bu səbəbdən dadını bəyəndiyimiz turşulardan istifadə zamanı bəzi məqamlara diqqət etmək lazımdır.

Bizim.Media-ya açıqlama verən qida eksperti Asim Vəliyev turşuların təhlükəsiz  formada istehlak edilməsi üçün bəzi önəmli məqamları açıqlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Payızda hansı qida zəhərlənmələri ola bilər? – Mütəxəssis AÇIQLADI


“Turşu bankalarını açmazdan əvvəl qapaqlarını yoxlamalıyıq. Əgər qapaq qabarıqsa, zədələnibsə və ya qabda çat varsa, bu qidanın xarab olduğunun əlamətidir. Turşuları və konservləşdirilmiş qidaları açarkən xoşagəlməz qoxu hiss edirsinizsə, qidanın rəngi dəyişibsə, küflənmə və ya yapışqanlıq müşahidə edilirsə, qidanı istifadə etməmək daha təhlükəsizdir. Xarab olan qidaların istifadəsi ciddi zəhərlənmələrə səbəb ola bilər”.

Ekspert vurğulayıb ki,  turşular və konservlər açıldıqdan sonra soyuducuda saxlanmalıdır. Çox isti və rütubətli yerlərdə qidaların saxlanılması onlarda mikroorqanizmlərin çoxalmasını sürətləndirə bilər.

“Ev şəraitində düzgün konservləşdirilməmiş qidalar "Clostridium botulinum" kimi təhlükəli bakteriyaların yaranmasına səbəb ola bilər. Botulizm qidadan zəhərlənmə ilə nəticələnə bilər.

Qida açıldıqdan sonra onun havasız şəraitdə saxlanıb-saxlanmadığını və qablaşdırmasının düzgün olub-olmadığını yoxlamaq vacibdir. Bütün tərəvəz, ət və balıq konservlərini yaxşı bişirib yemək bu riski azalda bilər. Qida açıldıqdan sonra onu uzun müddət saxlamaq təhlükəli ola bilər.

Turşular ümumiyyətlə 1 ay müddətində istifadəyə yararlıdır. Məhsulun üzərində tarixi yoxlamaq, son istifadə müddətinə xüsusi diqqət yetirmək lazımdır. Qidaları düzgün qaydada saxlamaq və istehlak qaydalarına əməl etmək həm zəhərlənmə riskini azaldır, həm də ev şəraitində hazırlanan qidalardan maksimum faydalanmağa imkan verir”.

“Bu xəstəliklərə səbəb ola bilər”

Tibb məsələləri üzrə ekspert Aydın Əliyev isə turşunun həddən artıq istifadəsinin ziyanlarını qeyd edib. Onun sözlərinə görə turşunun çox olmasına asidoz, qələvinin çox olmasına isə alkaloz deyilir.
 

“Turşuluğun çox olmasına hiperasid qastrit deyilir. Qanda turşuluq çox ola bilməz, çünki o hərəkət edir, turşu isə həll edir. Turşu çox yeyildikdə mədədə yara varsa, onu daha da ağırlaşdıra, xəstəliklərə çevirə bilər. Turşunun ziyanlarından biri də  mədə-bağırsaq sisteminin pozulmasıdır”.


Həkim sonda nəzərə çatdırıb ki, bağlanan turşuların qıcqırdığı bilinirsə, onu qəti şəkildə yemək olmaz, bəzən  onu təzədən qaynadıb bişirirlər, amma bu, düzgün deyil.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO