Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayon sakini Məzahir Abbasov saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Keçmiş məhkum bu dəfə heroinlə tutuldu
Onun yaşadığı evin həyətində olan yarımçıq tikiliyə baxış keçirilən zaman 20 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.
Bizim.Media