“İnsanların mehriban davranışı məni çox təsirləndirdi” – Rumıniya rəsmisi

“İnsanların mehriban davranışı məni çox təsirləndirdi” – Rumıniya rəsmisi

Hazırda oxunan: “İnsanların mehriban davranışı məni çox təsirləndirdi” – Rumıniya rəsmisi

220619

Bakıda noyabrın 11-də start götürən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Dünyanın təxminən 190-dan çox ölkəsindən nümayəndələr iştirak edir.

Konfransda iştirak edən Ruminiya Milli Meteorologiya İdarəsinin böyük elmi işçisi Roksana Bojariu konfrans haqqında fikirlərini Bizim.Media ilə bölüşüb.

O, Azərbaycana ilk dəfə gəldiyini və Bakını çox bəyəndiyini bildirib:

“Cədvələ görə şəhəri çox görmək imkanım olmadı, amma gördüklərim çox xoşuma gəldi. Xüsusilə insanlar çox gözəldirlər, mehribandırlar. Turistlərə kömək etməyə çalışırlar. Bir şeyi tapmağa çalışdığımızı gördükdə bizə qarşı çox açıq davranırlar və kömək edirlər. Yəni insanlar məni çox təsirləndirdi. Ümid edirəm ki, şəhərinizi, Bakını daha çox görmək şansım olacaq".

Rumıniyalı qonaq daha öncə Azərbaycan haqqında məlumatlı olduğunu qeyd edib:

"Əlbəttə, eşitmişdim, amma necə deyim, sadəcə yazılmış, ümumi məlumatlar. Ölkədə olmayanda bir ölkə haqqında hiss yarana bilmir. Əlbəttə ki, xəbərlərdən və bu kimi şeylərdən bilirdim. Amma buraya gəldiyinizdə əldə etdiyiniz şəxsi toxunuş olur. Bu şəxsi toxunuş olmadan mənim məlumatım tamamlanmamış idi".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO