Bakıda Azərbaycan-Rusiya universiteti yaradılacaq – Rusiyanın təhsil naziri

Bakıda Azərbaycan-Rusiya universiteti yaradılacaq – Rusiyanın təhsil naziri

Hazırda oxunan: Bakıda Azərbaycan-Rusiya universiteti yaradılacaq – Rusiyanın təhsil naziri

220362

Bakıda Azərbaycan-Rusiya universitetin yaradılması istiqamətində aktiv iş aparılır.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bildirib.

“Hazırda danışıqların fəal mərhələsindəyik. Parametrləri müəyyənləşdirirk, tələbə sayını, tədris proqlarının, ali məktəbin yerini və sair”, - deyə Valeri Falkov bildirib.

Nəzərdə tutulan layihələrdən danışan nazir bildirib ki, iki ölkənin fəal müzakirə etdiyi əsas layihə Rusiya-Azərbaycan birgə universitetinin açılmasıdır.

“Əslində, bu, COP29 da daxil olmaqla, Azərbaycana səfərimizin gündəliyində olan layihələrdən biridir. Biz artıq danışıqların fəal mərhələsindəyik, tələbələrin parametrləri və sayı, təhsil proqramları, yerləşmə yeri və sairəni müəyyənləşdiririk”, - deyən V.Falkov bildirib ki, universitet Azərbaycan ərazisində yerləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO