Estetik əməliyyat etdirənlərə XƏBƏRDARLIQ: Xaricə gedərkən problemlə üzləşə BİLƏRSİNİZ

Estetik əməliyyat etdirənlərə XƏBƏRDARLIQ: Xaricə gedərkən problemlə üzləşə BİLƏRSİNİZ

Hazırda oxunan: Estetik əməliyyat etdirənlərə XƏBƏRDARLIQ: Xaricə gedərkən problemlə üzləşə BİLƏRSİNİZ

219158

Son zamanlar ölkəmizdə estetik və plastik cərrahiyyə əməliyyatları bir dəb halını alıb. Nəzərə alaq ki, bu  cərrahiyyə əməliyyatları insanların xarici görünüşündə əhəmiyyətli dəyişikliklər yarada bilər. Bu dəyişikliklər şəxsiyyəti təsdiq edən sənədlərin aktuallığını gündəmə gətirir.

Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən hazırlanan beynəlxalq standartlar, üz cizgilərində və biometrik məlumatlarda ciddi dəyişikliklər baş verdikdə, identifikasiyanın asanlaşdırılması məqsədilə pasport və digər şəxsiyyət sənədlərinin yenilənməsini tövsiyə edir. Bu tövsiyələr sərhəd təhlükəsizliyinin və identifikasiya prosesinin dəqiqliyini təmin etməyə yönəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Salonda, evdə estetik əməliyyat EDƏNLƏR – Onlara bu icazəni kim verib?


Bəs, bu məsələ ölkə qanunvericiliyində necə tənzimlənir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Aytac Qurbanova deyib ki, Azərbaycan qanunvericiliyinə əsasən, üz quruluşunda baş verən əsaslı dəyişikliklər şəxsiyyət vəsiqəsinin yenilənməsi üçün hüquqi əsas yaradır:

“Belə hallar, xüsusilə üz plastik əməliyyatları, göz rənginin dəyişdirilməsi və ya digər estetik müdaxilələr nəticəsində şəxsiyyət vəsiqəsinin və pasportun yenilənməsini tələb edə bilər. Məsələn, bir insanın pasportunda əvvəlki görünüşünü əhəmiyyətli dərəcədə dəyişdirəcək estetik əməliyyat etdikdən sonra səyahət zamanı tanınmaqda çətinlik çəkilə bilər.

Təsəvvür edin ki, xarici ölkəyə səyahət edən bir şəxs, üz quruluşunda ciddi plastik əməliyyat etdikdən sonra hava limanında pasport yoxlamasından keçmək istəyir. Amma üz cizgilərindəki dəyişiklik o qədər nəzərə çarpır ki, pasportda əks olunan əvvəlki şəkillə tanınması çətinləşir. Bu, sərhəd xidmətləri tərəfindən əlavə yoxlamalara səbəb olur və həmin şəxsin səyahəti ləngiyir. Belə hallarda pasportun yenilənməsi, həm sərhəd təhlükəsizliyi, həm də səyahət prosedurlarının rahatlığı baxımından zəruri olur.

Azərbaycan qanunvericiliyində belə hallar üçün pasportun yenilənməsi, həmçinin ICAO tövsiyələrinə uyğun olaraq identifikasiyanı dəqiq şəkildə təmin etmək məqsədilə məqbul sayılır”.

“Çətinliklərlə qarşılaşa bilərsiniz”

Müsahibimiz onu da qeyd edib ki, xarici görünüşündə dəyişikliklər edən şəxslər sənədlərini yeniləmədikdə, hüquqi proseslərdə və rəsmi identifikasiyada müəyyən çətinliklərlə qarşılaşa bilərlər:

“Bu, xüsusilə səyahət zamanı, dövlətlərin və təşkilatların şəxsiyyəti dəqiq şəkildə təsdiqləməsini tələb edir. Azərbaycan qanunvericiliyi də bu sahədə beynəlxalq praktika ilə uzlaşaraq identifikasiyanın dəqiqliyini təmin etməyə yönəlib.  Estetik dəyişikliklər nəticəsində baş verən üz quruluşu dəyişiklikləri, identifikasiyanı və təhlükəsizliyi qorumaq məqsədilə şəxsiyyət sənədlərinin yenilənməsini tələb edə bilər.

Bu yanaşma, həm ölkədaxili hüquqi təhlükəsizliyi, həm də beynəlxalq səfərlərdə şəffaf identifikasiyanı təmin edir və qlobal standartlara uyğunluğa imkan yaradır”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO