Azərbaycan qanunvericiliyinə görə, 5-dən çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda sayı artan uşaq ölümlərinin səbəbi araşdırılırmı? – AÇIQLAMA
Altı və daha çox uşağı olan qadınlara hər uşağa görə 105 manat aylıq müavinət verilir. Bu müavinət beşdən çox uşaq dünyaya gətirib, tərbiyə edən qadınlara uşaqların sağ olması şərti ilə və altıncı uşaq bir yaşına çatdığı halda verilir.
Əgər bir ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailənin aldığı ümumi aylıq müavinət 630 manat təşkil edir.
Bəs bu müavinəti alanların sayı nə qədərdir?
Dövlət Statistika Komitəsindən (DSK) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə keçirilmiş əhalinin siyahıya alınmasına görə ölkədə 16 min 169 ailə çoxuşaqlı hesab olunurlar.
Onlardan 1524-ü 9 və daha çox uşaqlı, 1748-i 8 uşaqlı, 3565-I 7 uşaqlı və 9332-i 6 uşaqlı ailələrdir.
Azərbaycanda 23 min 150 ailədə övlad sayı 5 nəfərdir. Lakin qanuna görə, bu ailələr çoxuşaqlı ailələr hesab edilmədiyi üçün çoxuşaqlı ailələrə ödənilən aylıq müavinətlərdən yararlana bilmirlər.
Günay Şahmar, Bizim.Media