Bakı hava limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı hava limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Hazırda oxunan: Bakı hava limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

218626

Bakı hava limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bizim.Media xəbər verir ki, bunu Heydər Əliyev Beynəxalq Aeroportunun direktoru Teymur Həsənov media-tur çərçivəsində keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, əlavə işçilər və könüllülər işə cəlb edilib, bütün proseslərin tənzimlənməsi üçün işçi qrup yaradılıb.

“Hazırda gündəlik sərnişin dövriyyəsi 18-20 min arasıdır. COP29 zamanı bu rəqəmin 25-27 minə çatacağı gözlənilir. Hava limanı gücləndirilmiş rejimdə gündə 45-50 min sərnişinə xidmət göstərə bilər”, - deyə T.Həsənov bildirib.

Hava limanı direktoru onu da əlavə edib ki, COP29 çərçivəsində “Lufthansa”, “Polish Airlines”, “FlyDubai”, “Flynas” şirkətləri ilə əlavə 15 çarter reysi planlaşdırılır.

“Uçuş-enmə zolağı əsaslı təmirdən sonra istifadəyə verilib. Sürmə yolları təmir olunub və 3 yenisi inşa edilib. Sərnişin ötürmə qabiliyyətinin artırılması məqsədilə təhlükəsizlik baxış məntəqələrinin sayı artırılıb. Terminallarda 12 ədəd “self-check-in” və 10 ədəd “baggage drop-off” quraşdırılıb. Hava limanında internet avadanlıqları yenilənib, daha sürətli və dayanıqlı internetlə təmin edilib”, - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO