Qoşa Qala qapılarının önündəki SIXLIĞIN SONU – Avtomobillərlə bağlı məhdudiyyət nəyi dəyişib? – VİDEOSÜJET

Qoşa Qala qapılarının önündəki SIXLIĞIN SONU – Avtomobillərlə bağlı məhdudiyyət nəyi dəyişib? – VİDEOSÜJET

Hazırda oxunan: Qoşa Qala qapılarının önündəki SIXLIĞIN SONU – Avtomobillərlə bağlı məhdudiyyət nəyi dəyişib? – VİDEOSÜJET

218341

İçərişəhərə avtomobillərin girişinə məhdudiyyətlər tətbiq olunub. Belə ki, mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına artıq başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Nazirdən avtomobillərlə bağlı TAPŞIRIQ


Layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələri yaradılıb.

Bura ancaq sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi qadağandır. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.


Avtomobillərlə bağlı məhdudiyyətin tətbiqindən sonra İçərişəhərdə nə dəyişib? Paytaxt sakinləri bu məhdudiyyətin tətbiqi ilə bağlı nə düşünürlər?

Bizim.Media-nın mövzu ilə bağlı hazırladığı videosüjeti təqdim edirik:


Hürü Əliyeva, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO