Hazırda Azərbaycanda bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35 faizdir.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir:
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub.
Bu istiqamətdə bağça infrastrukturunun daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Yeni məktəbəqədər təhsil müəssisələrinin istifadəyə verilməsi təlim-tədris prosesinin daha keyfiyyətlə həyata keçirilməsinə xidmət edir.
Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi prosesin daha keyfiyyətli aparılmasına təkan verən əsas amillərdəndir.
Hazırda ölkə ərazisində 1674 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təxminən 100 min uşaq məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilib”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:50 / 29.10.2024
Ölkəmizdə neçə dövlət uşaq bağçası VAR?
Hazırda oxunan: Ölkəmizdə neçə dövlət uşaq bağçası VAR?
Hazırda oxunan: Ölkəmizdə neçə dövlət uşaq bağçası VAR?
218283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.