Bitməyən dəm qazı BƏLASI – Zəhərlənməyə səbəb olan tüstü bacalarını KİM təmizləməlidir?

Bitməyən dəm qazı BƏLASI – Zəhərlənməyə səbəb olan tüstü bacalarını KİM təmizləməlidir?

Hazırda oxunan: Bitməyən dəm qazı BƏLASI – Zəhərlənməyə səbəb olan tüstü bacalarını KİM təmizləməlidir?

218167

Hər il olduğu kimi bu il də qış fəsli gəlməmiş dəm qazı can almağa başlayıb. İsinmək istəyənlər dəm qazının qurbanı olur. Az qala hər gün  dəm qazından ölüm xəbərləri eşidirik. Halbuki bu yöndə vaxtaşırı  məlumatlandırıcı və maarifləndirici yazılar dərc edilir.

Bəs necə edək ki, dəm qazından zəhərlənmənin qarşısını ala bilək?

Azad İstehlakçılar Birliyinin kommunal təsərrüfat üzrə mütəxəssisi, Azəriqaz” İstehsalat Birliyinin sabiq mütəxəssisi Nüsrət Qasımov Bizim.Media-ya bu barədə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda bir ailənin 3 üzvü dəm qazından ZƏHƏRLƏNDİ – Biri dünyasını dəyişdi


O bildirib ki, dəm qazından zəhərlənmədə təqsirkar vətəndaşlardan daha çox aidiyyəti qurumlardır:

“Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün aidiyyəti qurumlar tərəfindən maarifləndirmə işləri aparılmalıdır. Çünki hər bir vətəndaş qaz üzrə mütəxəssis deyil, nəyi necə etməli olduğunu bilməyə bilər. Tüstü bacaları ildə 2 dəfə qızdırıcı cihazlarda və ildə 4 dəfə su qızdırıcılarında yoxlanılmalıdır. “Azəriqaz”dan deyilir ki, camaat bacanın təmizlənməsi barədə arayış verməlidir, əgər verməsələr, qaz verilişini dayandıracağıq. Amma onlar ilk növbədə əhalini bu barədə məlumatlandırmalıdırlar. Əhali də kimi çağıracağı ilə bağlı məlumatlı olsun”.

Bacaları kim təmizləməlidir?

Ekspert bacaların təmizlənməsi məsələsinə də toxunub:

“Yay vaxtı quşlar bacalarda yuva qura bilərlər, siçanlar, pişiklər düşə bilər. Bunları nəzərə almaq lazımdır. Tüstü bacası təmizlənməlidir, amma kimin təmizləyəcəyi məlum deyil. Bakı əhalisindən soruşsaq, hamısı deyəcək ki, bilmirəm kim etməlidir. Buna nəzarət etmək lazımdır. Bu boyda qaz xəttini, partlayış, boğulma, yanma, zəhərlənmə hadisələrinə səbəb ola biləcək maddəni camaatın evinə buraxırlar, nəzarət etmirlər, sonra da deyirlər ki, əhali özü təqsirkardır”.

Hansı qaz sobalarını istifadə etmək təhlükəlidir?

Nüsrət Qasımov bildirib ki, havalar tez soyumağına baxmayaraq qazın qış rejimi hələ açılmayıb. Əsasən də dağlıq ərazilərdə havanın sentyabr ayından etibarən soyuduğunu vurğulayıb:

“İstilik gec verildiyi üçün insanlar məcbur olub 4 göz qaz, müxtəlif qızdırıcılar yandırırlar. Bu da dəm qazından zəhərlənmələrin sayını daha da çoxaldır. Halbuki, hava soyuq olsa da, qaz sobaları, 4 göz qaz mütləq gecə söndürülməlidir. Qazı yanılı qoyub yatmaq olmaz. İran sobası, türk sobası, divar sobası kimi cihazlara qaz qoşmaq təhlükəlidir. Bu sobaların tüstü bacaları damdan yarım metr hündürlükdə olmalıdır, üstünə də papaq qoyulmalıdır”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO