Son zamanlar cəmiyyət arasında müxalif partiyaların fəaliyyətsizliyi müzakirə predmetinə çevrilib. Bəziləri bu partiyaların müxalif maskası altında gizlənərək başqa qüvvələrə çalışdığını belə iddia edir. Digər kəsim isə patriyaların fəaliyyətlərini yalnız parlamentdə təmsil olunmağa yönəlik bir fəaliyyət adlandırır.
Bu barədə Bizim.Media-ya açıqlama verən Ağ partiyanın lideri Tural Abbaslı bildirib ki, Azərbaycanda müxalifət yoxdur demək, yanlış mövqedir:
“Müxalifət sözünün mənası hakimiyyətdə olan partiyanın rəqibi deməkdir. Ona görə, mən heç kimə deyə bilmərəm ki, bu müxalif partiya deyil. Məsələn Hafiz Hacıyev də özünə müxalifət deyir, ancaq onun başqa cür müxalif xətti var. O, ancaq məmurları pisləyir. Biz durub hamıya deyə bilmərik ki, hamı eyni fikirlə müxalifik etsin. Məncə bu səmtdə bizim siyasilərin bir-birlərinə verəcəyi qiymət doğru deyil”.
MÖVZU İLƏ BAĞLI:
Tural Abbaslıdan Etibar Əliyevə CAVAB: “O hələ millət vəkili formatına girə bilməyib”
Tural Abbaslı sözlərinə görə, bəzən onu da müxalifət adı altında iqtidar üçün fəaliyyət göstərməkdə ittiham edirlər:
“O insanlardan müxalif olmağın xüsusi qaydalarının soruşmaq lazımdır. Bəlkə elə onlara rüşvət verməyəni və ya digər yanaşmaya görə kimisə müxalifət hesab etmirlər. Hərənin bir dəyərləndirmə əmsalı ola bilər. Bəyənməyən onsuz da sona qədər bəyənməyəcək. Mənim belə bir kompleksim yoxdur, qızıl onluq deyiləm ki, hamı məni bəyənsin. Həm də axı mən hamıya cavab verib, hər addım başı özümü sübut etməyə borclu deyiləm”.
Vüsalə Balayeva, Bizim.Media