Avropada iribuynuzlu heyvanlar arasında “mavi dil” xəstəliyi yayılıb.
Bizim.Media xəbər verir ki, xəstəliyin aşkarlandığı Hollandiya, Danimarka, Almaniya və İtaliya kimi ölkələr müvəqqəti olaraq ixracatı dayandırıb.
Polşa və Macarıstanda isə ixraca qadağa yoxdur. Lakin Türkiyə xəstəliyin yayılmaması üçün sözügedən ölkələrdən heyvan idxalını dayandırıb.
Qeyd edək ki, xəstəlik dilin göyərməsi və şişməsi, qızdırma, süd istehsalının azalması əlamətlərlə özünü göstərir və ölümə səbəb olur.
Günay Şahmar, Bizim.Media