Bakıda əlil sərnişini döyən 162 saylı avtobusun sürücüsünə cəza verilib.
Bizim.Media Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə 16 avqust 2024-cü il tarixdə, saat 15.00 radələrində baş verib.
Belə ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəzi küçəsində V.D. əlil və xəstə olması ilə əlaqədar arxa qapıdan avtobusa minmək istəyib. Zərərçəkmiş şəxs qapının şüşəsini əli ilə döysə də, avtobusun 1990-cı il təvəllüdlü sürücüsü B.H. onu açmayıb. Bu səbəbdən əlil sərnişin çətinliklə ön qapıya gələrək sürücüyə "İnsafın olsun, niyə arxa qapını açmırsan", - deyib.
Sürücü əsəbi halda avtobusdan enərək, onu ağız nahiyyəsindən vurub. Nəticədə zərəçəkmiş şəxs yerə yıxılıb, sərnişinlər onu ayağa qaldırıblar. Sərnişinin şikayəti əsasında sürücü saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə sürücü günahını boynuna almayıb. V.D. hakimdən bağışlamağı xahiş edib.
Məhkəmənin qərarı ilə B.H.-ya 10 ay 28 gün müddətinə islah işləri cəzası təyin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:54 / 26.10.2024
Əlil sərnişini döyən avtobus sürücüsü CƏZALANDIRILDI
Hazırda oxunan: Əlil sərnişini döyən avtobus sürücüsü CƏZALANDIRILDI
Hazırda oxunan: Əlil sərnişini döyən avtobus sürücüsü CƏZALANDIRILDI
217885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.