“İtirilmiş, hardasa unudulan başqa şəxslərə məxsus bank kartlarından istifadə etməklə ödəniş və digər əməliyyatların aparılması qadağandır”.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev “Facebook” hesabında bildirib.
“Başqasına məxsus bank kartından pul çıxarıb “bilmədim” deyənlər bilməlidir: İtirilmiş, hardasa unudulan başqa şəxslərə məxsus bank kartlarından istifadə etməklə ödəniş və digər əməliyyatların aparılması qadağandır.
Başqasına məxsus kart hesabında olan vəsaitin hansısa formada sahibindən icazəsiz, gizli ələ keçirilməsi müvafiq məsuliyyət yaradır. Vətəndaşın tapdığı bank kartı ilə bağlı 102 Zəng Mərkəzinə, yaxud aidiyyəti üzrə məlumat verməsi onu məsuliyyətdən azad edir”, - deyə E. Hacıyev qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:53 / 25.10.2024
DİN-dən XƏBƏRDARLIQ: “Başqa şəxslərə məxsus bank kartlarından istifadə qadağandır, cəzası var”
Hazırda oxunan: DİN-dən XƏBƏRDARLIQ: “Başqa şəxslərə məxsus bank kartlarından istifadə qadağandır, cəzası var”
Hazırda oxunan: DİN-dən XƏBƏRDARLIQ: “Başqa şəxslərə məxsus bank kartlarından istifadə qadağandır, cəzası var”
217825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.