Elektromobil alarkən nələrə diqqət YETİRİLMƏLİDİR?

Elektromobil alarkən nələrə diqqət YETİRİLMƏLİDİR?

Hazırda oxunan: Elektromobil alarkən nələrə diqqət YETİRİLMƏLİDİR?

217773

Ölkəmizdə elektromobillərə maraq günbəgün artır. Azərbaycanda avtomobil  bazarına yeni daxil olduğu üçün insanlarda maraq yaradır. Ona görə də, maşın alarkən elektromobillərə yönəlirlər. Amma bu avtomobillərin bazarda yeni olması da bəzi suallar doğurur.

Bəzi sürücülər bildirirlər ki, böyük xərc çəkib maşın alarkən bir çox müsbət tərəflərinə görə elektromobil seçsələr də, peşman olublar. Belə ki, yayda avtomobili sürmək rahat olsa da, yağışlı günlərdə onların maksimum gediş məsafəsi aşağı düşür. Bu da sürücülərin mənzil başına çatmasında problemlər yaradır.

Elektromobil alarkən nələrə diqqət edilməli?
 

MÖVZU İLƏ BAĞLI:

Elektromobillər ildırıma qarşı nə qədər dözümlüdür? – Mühüm AÇIQLAMA


Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizim.Media-ya bildirib ki, elektromobil alarkən diqqət edilməli məqamlar var.

“Belə hallarla rastlaşmamaq üçün alıcılar həmin maşınınAzərbaycana rəsmi qaydada gətirilib-gətirilmədiyinə diqqət etməlidirlər. Əsasən də həmin avtomobilin Azərbaycanda ehtiyyat hissələrinin, servis mərkəzinin olub-olmadığına fikir verməlidirlər”.

“Elektromobillər üçün enerji doldurma məntəqələri yetərli sayda deyil”

Eldəniz Cəfərov qeyd edib ki, Azərbaycanda elektromobilə maraq çox olsa da, tələbat azdır. Tələbatın az olmasını da hələ ölkəmizdə elektromobillərə tam keçidin mümkün olmaması ilə əlaqələndirib:

“Elektromobillər üçün enerji doldurma məntəqələrinin sayı azdır, bu da sürücülərə çətinlik yaradan başqa bir amildir”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO