Məşğulluq tədbirləri istiqamətində media subyektləri ilə əməkdaşlıq imkanları müzakirə edilib - FOTO

Məşğulluq tədbirləri istiqamətində media subyektləri ilə əməkdaşlıq imkanları müzakirə edilib - FOTO

Hazırda oxunan: Məşğulluq tədbirləri istiqamətində media subyektləri ilə əməkdaşlıq imkanları müzakirə edilib - FOTO

217697

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Medianın İnkişafı Agentliyinin nümayəndələri ilə görüş keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev həm işəgötürənlərə, həm də işsiz şəxslərə yönəlmiş məşğulluq tədbirləri barədə məlumat verib.

Bildirilib ki, media subyektlərinin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları vakansiya bankına daxil etmələri qısa zaman ərzində uyğun namizədlərin münasib vakansiyalara yönləndirilməsinə və işəgötürənlərin ehtiyaclarının ödənməsinə gətirib çıxarır.


Həmçinin görüşdə il ərzində müəyyən edilən kvota üzrə media sahəsində gənclərin məşğulluğunun təmin edilməsi və işəgötürənlərə dəstək məqsədilə birgə maliyyələşmə proqramının icrası, peşə hazırlığı istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Daha sonra Media Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində işəgötürənlərə dəstək məqsədilə imzlanan çoxtərəfli əməkdaşlıq memorandumu çərçivəsində görülmüş işlər barədə məlumat verib.

Media subyektlərində kadr potensialının artırılmasına dair həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO