Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?

Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?

Hazırda oxunan: Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?

217695

Azərbaycanda ən çox yeyilən fast-food növü demək olar ki, dönərdir. Təəssüflər olsun ki, illərdir dönərlə bağlı problemlər gündəmdən düşmür. Sonuncu dəfə Qazaxda tələbələr, Tovuzda sakinlər dönərdən kütləvi zəhərlənmişdi. Hər il dönərxanalarda nöqsanlar aşkar edilir.

Ötən gün isə Azırbaycan Qida Təhlükəsizliyi Agentliyi dönər istehsalı ilə bağlı yeni tələblər qəbul edib. Maraqlısı budur ki, dönərlər sadəcə dönərxanalarda verilmir. Kafe və restoranların menyularında da dönər yer alır.
 

MÖVZU İLƏ BAĞLI:

Dönərin hazırlanması ilə bağlı YENİ TƏLƏBLƏR


Bəs müştəri həmin dönərin AQTA-nın nəzarətindən keçdiyini necə bilsin?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, bunu bilməyin heç bir yolu yoxdur.

“AQTA xüsusi bir sənəd hazırlamır ki, biz insanlara deyək ki, o sənəd olanda bilin ki, bu təhlükəsiz qidadır. Əvvəllər sertifikat anlayışı var idi. Bununla məhulların təhlükəsizliyini ölçmək olurdu. İndi isə bu yoxdur. Azərbaycanda qidadan zəhərlənməmələrlə bağlı statistikalar da gizlədilir. Dövlət qurumları da o statistikalara uyğun qərar verdiyi üçün məsələnin nə dərəcədə ciddi olduğunu görmürlər. Həm də AQTA bu qədər sahəyə nəzarət edə bilməyəcək. Ona görə, ictimaiyyətlə sıx əlaqədə işləməlidirlər”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO