6 min manatlıq cərimə borcu olan sürücü postda gərginlik yaratdı, həbs edildi – VİDEO

6 min manatlıq cərimə borcu olan sürücü postda gərginlik yaratdı, həbs edildi – VİDEO

Hazırda oxunan: 6 min manatlıq cərimə borcu olan sürücü postda gərginlik yaratdı, həbs edildi – VİDEO

217550

Ağcabədi rayon sakini Səməd Həsənovun idarə etdiyi “Hovo” markalı yük avtomobili Baş DYP İdarəsinin Hacıqabul rayonu ərazisində yerləşən stasionar postunda nəzarət qaydasında saxlanılıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı sürücünün avtomobili icazə verilən kütlə parametrlərini aşmaqla idarə etməklə yanaşı, törətdiyi inzibati xətalara görə 6000 manata yaxın ödənilməmiş cərimə borcunun olması müəyyən edilib.

Lakin, məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazidd əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Səməd Həsənov sonradan posta gələrək süni gərginlik yaratmağa calışıb, onu intizama dəvət edən YPX əməkdaşlarına tabesizlik göstərib. Saxlanılaraq məsuliyyətə cəlb olunan S.Həsənov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu qeyd edir və bir daha belə şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tələblərin görüləcəyini bildirir", - məlumatda deyilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO