Bakıda avtobus intervalları sərnişinləri narazı saldı: Müvafiq tapşırıq verildi

Bakıda avtobus intervalları sərnişinləri narazı saldı: Müvafiq tapşırıq verildi

Hazırda oxunan: Bakıda avtobus intervalları sərnişinləri narazı saldı: Müvafiq tapşırıq verildi

217490

Bakıda 49 nömrəli marşrut xətti üzrə işləyən avtobuslar arasındakı interval sərnişinlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, metronun "Xalqlar Dostluğu" stansiyasından "28 May" stansiyasının yaxınlığına gedən yeganə avtobus olduğu üçün daim sıxlıq müşahidə olunur.

"Gec-gec gəlirlər, uzun fasilədən sonra dalbadal gələn 2-3 avtobusun heç birinə minmək olmur. İstisnaları çıxmaqla, sürücülər sərnişinlərlə kobud rəftar edirlər", - deyə sərnişinlər şikayətlənirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, avtobuslar yeddi dəqiqəlik intervalla hərəkət edirlər.

"Azlənd Plaza" MMC-nin müvəqqəti istismarında olan, 68 nömrəli tam orta məktəb-Səməd Vurğun bağı marşrutu üzrə hərəkət edən 49 nömrəli müntəzəm marşrut xəttində 26 avtobus yeddi dəqiqəlik intervalla hərəkət edir.
 

Günün səhər və axşam müşahidə olunan pik saatlarında marşrut xəttinin keçdiyi küçə və prospektlərdə müşahidə edilən sıxlıq səbəbindən avtobuslararası intervalda artım müşahidə edilir.


Mütəmadi olaraq marşrut xətləri üzrə sərnişin tələbatı nəzarətdə saxlanılır daşıyıcı şirkətə avtobus sayının sərnişin axınına uyğun nizamlanması tapşırığı verilib",- deyə məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO